Ana Sayfa > Karusel / Hadisə / M2 > Anası haqqında şayiə yayan qohumunu bıçaqladı
Anası haqqında şayiə yayan qohumunu bıçaqladı10-06-2016, 20:15. Yazar: Xeberaz |
Qobuda qohum qohumunu bıçaqlayıb. Musavat.com xəbər verir ki, qəsəbə sakini, 21 yaşlı Elnur Şıxməmmədov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfidən saxlanılıb. İlkin dindirmə zamanı məlum olub ki, onun cinayət törətməsinə atasının xalasıoğlu Meydanın anası haqqında dediyi xoşagəlməz sözlər olub. Suraxanı rayonu ərazisində neftçi işləyən Elnur qohumunun yaydığı şayilər haqqında səhər saatlarında işdən evə gələndə anasından eşidib. Daha sonra Elnur qohumu Meydana zəng edərək onu Qobuda yerləşən kərpic zavoduna cağırıb. Elnur orada Meydanı bıçaqlayıb. Ailənin yeganə qazanc gətirən üzvü olan Elnur aprel ayında ailə həyatı qurub. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin “Qəsdən saglamlığa zərər vurma” maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Geri dön |