Ana Sayfa > Karusel / Dünya / M2 > Ratiani: “İvanişvili xalqın səbrini yoxlayır”

Ratiani: “İvanişvili xalqın səbrini yoxlayır”


10-06-2016, 18:57. Yazar: Xeberaz

Ratiani: “İvanişvili xalqın səbrini yoxlayır”
Məhkəmənin “Rustavi-2” ilə bağlı yeni qərarı yalnız keçmiş Baş nazir Bidzina İvanişvilinin maraqlarına cavab verir.

"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının parlamentdəki deputatı Serqo Ratiani söyləyib. Onun sözlərinə görə, İvanişvili gürcü xalqının maraqlarını tapdalamağa hazırdır. O, milyarderin xalqın səbrini yoxladığını bildirib.

Qeyd edək ki, bu gün Tiflis Apelyasiya Məhkəməsi “Rustavi-2” ilə bağlı bundan öncəki qərarı qüvvədə saxlayıb. Qərara əsasən, televiziya hökumət tərəfdarı olan biznesmenlərə verilməlidir.

“Rustavi-2” Gürcüstanın ən reytinqli və müxalifyönlü telelviziyası hesab edilir. Televiziya 1994-cü ildən fəaliyyət göstərir.

Geri dön