Ana Sayfa > Karusel / Dünya / M2 > “2 ilə Rusiyada ciddi problemlər başlayacaq”

“2 ilə Rusiyada ciddi problemlər başlayacaq”


10-06-2016, 16:16. Yazar: Xeberaz

“2 ilə Rusiyada ciddi problemlər başlayacaq”

2018-ci ildə Rusiya ciddi problemlərlə qarşılaşacaq.

"Xəbəraz.az " xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı politoloq Dmitri Oreşkin söyləyib. Onun sözlərinə görə, bu problemlər iqtisadiyyatın artımı ilə bağlı heç bir şəraitin olmaması ucbatından yaranacaq:

“Parlament seçkisindən qabaq ölkədə vəziyyət normal olacaq. Əgər bir il sonra iqtisadiyyatda artım olmasa, 2018-ci il prezident seçkisi zamanı problemli situasiya yaranacaq. Yeni parlament seçkisindən sonra Dumanın tərkibində müəyyən dəyişiklik olacaq, amma o, yenə də ölkə siyasətinə təsir edə bilməyəcək”.
Geri dön