Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > ABŞ-da mühafizəçilər Ərdoğana görə toqquşdu - Video

ABŞ-da mühafizəçilər Ərdoğana görə toqquşdu - Video


10-06-2016, 16:05. Yazar: Xeberaz

ABŞ-da mühafizəçilər Ərdoğana görə toqquşdu - Video
Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri ilə ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları arasında gərginlik baş verib.

"Xəbəraz.az " xəbər verir ki, protokola əsasən, Ərdoğanı qoruyan ABŞ xüsusi xidmət əməkdaşları prezident avtomobilə mindikdən sonra qapının yanında duran zaman türk mühafizəçilər də eyni yerdə dayanmaq istəyib. Bu zaman iki mühafizəçi bir-birilə toqquşub və gərginlik yaşanıb. Orada olan digər rəsmilərin müdaxiləsilə gərginliyin böyüməsinin qarşısı alınıb.
Geri dön