Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakıda ustanın başına avtomobil düşdü

Bakıda ustanın başına avtomobil düşdü


10-06-2016, 15:18. Yazar: Xeberaz
Bakıda ustanın başına avtomobil düşdü

Bakıda avtotəmir sexində işləyən şəxsin üzərinə avtomobil düşüb.

Report-un xəbərinə görə, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" y/s, ev 26 ünvanın qarşısında yerləşən avtotəmir sexində qeydə alınıb.

Orada usta işləyən Seymur Qurbanovun baş nahiyəsinə avtomobil düşüb.

S.Qurbanov kəllə-beyin travmasi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Geri dön