Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV > Emin Filip Kirkorovu Bakıya gətirir - Video

Emin Filip Kirkorovu Bakıya gətirir - Video


10-06-2016, 13:17. Yazar: Xeberaz


Emin Filip Kirkorovu Bakıya gətirir - Video
İyul ayında Xəzər dənizi sahilində “Jara” adlı musiqi festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, müğənni Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən konsert iyulun 9-da və 10-da baş tutacaq.

Ağalarovun sahibi olduğu “Sea Breeze” istirahət mərkəzində gerçəkləşəcək gecədə Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva, Rusiya şou-biznesinin tanınmış simaları səhnəyə çıxacaq.

Qonaqlar arasında Rusiyanın xalq artisti Filip Kirkorov da yer alacaq. Kirkorov bu haqda özünün İnstarqam səhifəsində paylaşdığı videoda “İsti olacaq, çünki orada mən olacam” yazıb. Emin isə “O, həqiqətən də olacaq və bu, möhtəşəm olacaq”, - əlavə edib.

Geri dön