Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya komandanından Türkiyəyə isti mesaj

Rusiya komandanından Türkiyəyə isti mesaj


10-06-2016, 13:06. Yazar: Xeberaz

Rusiya komandanından Türkiyəyə isti mesaj

Ümid edirəm ki, Türkiyə ilə yaşanan böhran sona çatacaq.

"Xəbəraz.az "xəbər verir ki, bu sözləri Rusiya Qara dəniz Donanmasının komandiri Aleksandr Vitko “Admiral Qriqoryeviç” döyüş gəmisinin Sevastopola gəlməsi münasibətilə təşkil edilən mərasimdə deyib.

“Qara dəniz ətrafında yerləşən ölkələrin hamısına hörmət edirik. Ümid edirəm, Türkiyə ilə yaşanan böhran sona çatacaq və qonşularımızla tərəfdaş səviyyədə əməkdaşlığımız davam edəcək”, - Vitko bildirib.

Qeyd edək ki, Türkiyə ötən ilin noyabrında Rusiyanın Su-24 bombardmançısını vurub və bundan sonra iki ölkə arasında münasibətlər gərginləşib.
Geri dön