Ana Sayfa > Karusel / Dünya / M2 > PKK terrorçusunun adına park açıldı – Türkiyədə

PKK terrorçusunun adına park açıldı – Türkiyədə


10-06-2016, 12:02. Yazar: Xeberaz
PKK terrorçusunun adına park açıldı – Türkiyədə

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda PKK terrorçusunun adını daşıyan park açılıb.

"Xəbəraz.az " xəbər verir ki, parka 2014-ci ildə İŞİD ilə yaranan qarşıdurmada özünü partladan Arin Mirka adlı kamikadzenin adı verilib.

Park Demokratik Bölgələr Partiyasından seçilmiş (DBP) Suruç Bələdiyyəsi tərəfindən maliyyələşib. Parkın girişində “Suruç Bələdiyyəsi Arin Mirxan Parkı” yazılmış giriş plakatı isə sosial şəbəkələrdə böyük etiraza səbəb olub.

Xatırladaq ki, 2014-cü ildə PKK-nın Suriya qolu olan PYD-nin tərkibində qadın briqdasında döyüşən Arin Mirka İŞİD-in Kobaniyə hücumu zamanı özünü partlatmışdı.
Geri dön