Ana Sayfa > Karusel / Dünya / M2 > Polşa Gürcüstandan rəsmi cavab tələb edir

Polşa Gürcüstandan rəsmi cavab tələb edir


10-06-2016, 11:24. Yazar: Xeberaz
Polşa Gürcüstandan rəsmi cavab tələb edir
Polşa Gürcüstandan Anakonda–16 hərbi təlimlərində iştirak etməməsinin rəsmi səbəbini tələb edib.

"Xəbəraz.az " PAP-a istinadən xəbər verir ki, Polşa silahlı qüvvələrinin operativ komandanlığı Gürcüstandan dərhal rəsmi bir açıqlama verməsini istəyib.

“Biz Gürcüstana Anakonda–16 hərbi təlimlərində iştirakı üçün dəvət yollamışdıq. Gürcüstan təlimlərə gəlməyib. Bunun səbəbini öyrənmək hüququmuzdur”, – Polşa silahlı qüvvələrinin operativ komandanlığının mətbuat katibi Pyotr Valatek deyib.

Xatırladaq ki, Anakonda–16 hərbi təlimlərində NATO ölkələri və ABŞ daxil olmaqla 24 ölkədən 31 min hərbçi iştirak edir.
Geri dön