Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV > Biləsuvar yolları təmir edilir - Video

Biləsuvar yolları təmir edilir - Video


10-06-2016, 11:22. Yazar: Xeberaz
Biləsuvar yolları təmir edilir - Video

Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi gedir.

Azəravtoyol ASC-dən "Xəbəraz.az "-a verilən məlumata görə, yolun uzunluğu 6 km-dir. Yolun 1,68 km-də Bolqarçay üzərində 3 aşırımlı, uzunluğu 81,3 m olan avtomobil körpüsü inşa edilib.

Sözügedən yolun tikintisində məqsəd M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir. Eyni zamanda bu yol vasitəsi ilə 10 mindən artıq əhalisi olan Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə də avtonəqliyyat xidməti təmin olunacaq.

Geri dön