Ana Sayfa > Karusel / Dünya / M2 > Hamilə qadın və doğulan əkizlərlə bağlı medianın ittihamlarına həkim Öndər Tulumbacının SƏRT CAVABI

Hamilə qadın və doğulan əkizlərlə bağlı medianın ittihamlarına həkim Öndər Tulumbacının SƏRT CAVABI


10-06-2016, 11:03. Yazar: Xeberaz
Hamilə qadın və doğulan əkizlərlə bağlı medianın ittihamlarına həkim Öndər Tulumbacının SƏRT CAVABI

Tanınmış türkiyəli həkim-ginekoloq Öndər Tulumbacı, son günlər mətbuatda həqiqətə zidd olan xəbərlərlə bağlı mediaya rəsmi müraciət ünvanlayıb. Həkimin açıqlamasını olduğu kimi oxucularımız üçün yayımlayırıq: "Ötən il İrina Polikarpova(Makarova) və onun yoldaşı Anton Polikarpov “Reproduktiv Sağlamlıq Mərkəzi”nə 5 illik sonsuzluq şikayəti ilə bağlı müraciət etdilər. Aparılan lazımi analizlər nəticəsində cütlüyə "Ekstrakorporal mayalanma metodu" ilə müalicə təklif olundu.

"Xəbəraz.az "xəbər verir ki 2015-ci ilin sentyabrın 30-da embrion transferi həyata keçirildi və nəticədə xəstə əkiz hamilə qaldı.
Hamiləlik müddətində heç bir ağırlaşma olmayıb və 2016-ci ilin 1 iyunda "Bakı Medikal Plaza"da planlı keysəriyyə əməliyyatı təyin olundu.

Əməliyyatı özüm və assistentim, tibb elmləri namizədi Sevinc Qarayeva ilə birgə apardıq.

Əməliyyat nəticisində iki oğlan uşağı dünyaya gəldi.Birincisinin çəkisi 2240qr, ikincisinin çəkisi 3130 qr. Əkiz hamiləlikdə uşaqlığın aşağı seqmentinin divarının fizioloji incəlməsini nəzərə alaraq, keysəriyyə əməliyyatı zamanı döldən birinin bud nahiyyəsi skalpellə zədələnib. Kəsik incə, uzunluğu 1 sm,dərinliyi isə 0.1sm-dən dərin olmadığından, heç bir cərrahiyyə müdaxilə tələb etməyib. Döl üçün həyati təhlükə doğurmadığından pediatr tərəfindən sadəcə plastırla yapıştırılıb.
Hal-hazırda hər iki döl yaxşıdır. Əməliyyat günü saat 08.00 radələrində xəstə qohumları nəticə barəsində məlumatlandırıb.
Əməliyyatdan sonra xəstə reanimatologiya və intensiv terapiya şöbəsinə keçirilib. Burada ona akuşer mama-ginekoloq Sevinc Qarayeva nəzarət edib.
Həyati vacib göstəricilər – arterial təzyiq, nəbz, sidik çıxartma, həmçinin xaric olan qanın ümumi həcmi və uşaqlığın tonusu daimi monitorinq altında norma daxilində olub.
Saat 10.50-də az miqdarda qanaxma qeydə alınıb və əməliyyat sonrakı qanaxmalarda respublika üzrə qəbul olunmuş protokollara uyğun lazımi konservativ tədbirlər həyata keçirilib.
Mən həmin anda məlumat aldım və 15 dəqiqə sonra yenidən xəstəxanaya qayıtdım.Uşaqlığın yığılması üçün protokol üzrə bütün tədbirlər görüldü və hemodinamik göstəricilər stabilləşdi.
Bundan sonra saat 12 radələrində 300 ml həcmində qanaxma müşahidə olundu və dərhal xəstə yaxınlarına ola biləcək təkrari əməliyyatlar haqda məlumat verdim.
Həmçinin "Bakı Medikal Plaza"nın Ginekoloji şöbəsinin müdüri Alik Qurbanovu da özüm məlumatlandırdım və təkrari əməliyyatlarda Alik Qurbanov şəxsən iştirak etdi.Hər iki əməliyyatda xəstənin gənc yaşı nəzərə alınaraq apardığımız konservativ və manual prosedurlara baxmayaraq qanaxma dayanmadığı üçün uşaqlıq və yumurtalıqlar amputasiya olundu.
Hal hazırda xəstəyə hərtərəfli genişmiqyaslı reanimatoloji yardım göstərilir.Xəstənin vəziyyəti və həyati vacib göstəriciləri stabildir.
Biz inanırıq ki, İrina Polikarpova tez bir zamanda ayağa qalxıb yeni doğulmuş körpələrinə və ailə yaxınlarına qovuşacaq. Özüm hər gün xəstəyə baş çəkirəm. Ümidvaram ki, jurnalistlər açıqladığım bu məlumatları oxuduqdan sonra, səhhəti günü-gündən yaxşılaşmağa doğru gedən ana və onun əkiz övladları haqda daha düzgün informasiyaya sahib olacaqlar.
Hamilə qadın və doğulan əkizlərlə bağlı medianın ittihamlarına həkim Öndər Tulumbacının SƏRT CAVABI
Geri dön