Ana Sayfa > Karusel / Dünya / M2 > Aktobedə xüsusi əməliyyat: 4 terrorçu öldürüldü

Aktobedə xüsusi əməliyyat: 4 terrorçu öldürüldü


10-06-2016, 10:39. Yazar: Xeberaz

Aktobedə xüsusi əməliyyat: 4 terrorçu öldürüldü

Qazaxıstanın Aktobe şəhərində xüsusi əməliyyat keçirilir, sakinlər evakuasiya olunur.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda məlumatı yerli mətbu orqan Diapazon nəşri yayıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Aktobe şəhərində terror aktlarının törədilməsinə aidiyyəti olan şəxslərin tutulması istiqamətində xüsusi əməliyyat aparılır.

“Pantera” mağazasının yerləşdiyi rayonda əhalinin evakuasiya edilmə səbəbi də operativ əməliyyatlardır.

Son məlumata görə, şəhərdəki xüsusi əməliyyat zamanı 4 terrorçu məhv edilib.

Xatırladaq ki, iyunun 5-də Aktobedə terror aktı törədilib. Qazaxıstanda terror təhlükəsinin “sarı” səviyyəsi elan edilib.

Daha əvvəl bildirilib ki, Aktobedə obyektlərə hücum edənlərin 13-ü çevik silahlı müqavimət sayəsində məhv edilib, 4-ü yaralanıb, hücumun 6 iştirakçısı axtarışdadır.
Geri dön