Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ-dan etiraf: “Rusiya 60 saata Riqanı tuta bilər”

ABŞ-dan etiraf: “Rusiya 60 saata Riqanı tuta bilər”


9-06-2016, 18:37. Yazar: Xeberaz
ABŞ-dan etiraf: “Rusiya 60 saata Riqanı tuta bilər”

Rusiya 60 saat içərisində Tallin və ya Riqanı tutmaq imkanına malikdir.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri ABŞ Müdafiə nazirinin müavininin köməkçisi Maykl Karpenter Senatdakı dinləmələr zamanı söyləyib.

Onun sözlərinə görə, Rusiya Baltikyanı ölkələrə hücum etsə, zaman və məsafə baxımından NATO-nu önləyəcək. O, 2017-ci ilin sonunda Moskvanın bu üstünlüyünün qarşısının alınacağını bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın RAND Tədqiqatlar Mərkəzi Baltikyanı ölkələrin Rusiya aqressiyasından sığortalanmadığını bəyan edib. Təşkilat NATO-nun xüsusilə Estoniya və Latviyanı qorumaq imkanında olmadığını bildirib.
Geri dön