Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda Türkiyə vətəndaşı arvadını bıçaqladı

Bakıda Türkiyə vətəndaşı arvadını bıçaqladı


9-06-2016, 18:32. Yazar: Xeberaz
Bakıda Türkiyə vətəndaşı arvadını bıçaqladı
Bakıda Türkiyə vətəndaşı həyat yoldaşını bıçaqlayıb.

"Xəbəraz.az "-ın məlumatına görə, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi ev 8, mənzil 70 ünvanında Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Yeşilkaya Abidin Kurban oğlu həyat yoldaşı, Azərbaycan vətəndaşı Yeşilkaya Oksana Sakit qızını bıçaqlayıb. 2 kəsilmiş-deşilmiş xəsarət alan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən A.Yeşilkaya saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Türkiyə vətəndaşının həyat yoldaşını hansı səbəbdən bıçaqlaması məlum deyil.
Geri dön