Ana Sayfa > Karusel / Dünya / M2 > Abdullah Gülün xanım qoryucusu şəhid oldu - Foto

Abdullah Gülün xanım qoryucusu şəhid oldu - Foto


9-06-2016, 17:19. Yazar: Xeberaz
Abdullah Gülün xanım qoryucusu şəhid oldu - Foto

Türkiyənin keçmiş prezidenti Abdullah Gülün mühafizəçisi şəhid olub.

"Xəbəraz.az " xəbər verir ki, Mardinin Midyat bölgəsində baş verən terror hadisəsi zamanı şəhid olan 31 yaşlı polis məmuru Şərifə Özdənin Abdullah Gülün və xanımı Hayrunisə Gülün mühafizə qrupunda yer aldığı üzə çıxıb.

Abdullah Gül hadisə ilə bağlı sosial şəbəkədə başsağlığı mesajı yayımlayıb:

“Uzun illər mühafizə qrupumda fədakarcasına fəaliyyət göstərən Şərifənin Midyatdakı terrorda şəhid olduğunu böyük üzüntü ilə öyrəndim”.

Xatırladaq ki, iyunun 9-da bomba yüklü avtomobil Midyat Rayon Polis İdarəsinin inzibati binasına çırpılıb. Hadisə nəticəsində 3-ü polis olmaqla, 6 nəfər həlak olub, 51 nəfər yaralanıb.
Abdullah Gülün xanım qoryucusu şəhid oldu - Foto
Geri dön