Ana Sayfa > Karusel / Siyasət / M2 > Prezidentlər Sankt-Peterburqda görüşə bilər

Prezidentlər Sankt-Peterburqda görüşə bilər


9-06-2016, 17:13. Yazar: Xeberaz

Prezidentlər Sankt-Peterburqda görüşə bilər
İlham Əliyev, Serj Sərkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər.

Bu barədə APA-ya Rusiya XİN-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır:

"Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq".

Qeyd edək ki, bu gün Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb.

Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.
Geri dön