Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə hücuma hazırlaşır - Bild

Türkiyə hücuma hazırlaşır - Bild


9-06-2016, 14:57. Yazar: Xeberaz

Türkiyə hücuma hazırlaşır - Bild

Türkiyə Almaniya Bundestaqının qondarma erməni soyqırımının tanınmasına dair qətnamənin qəbuluna cavab olaraq qəti tədbirlər görmək niyyətindədir.

"Xəbəraz.az "xəbər verir ki, bu iddia ilə Bild nəşri çıxış edib.

Nəşrin iddialarına görə, Türkiyənin səlahiyyətli orqanları, ilk növbədə Xarici İşlər Nazirliyi hazırda fəaliyyət planı hazırlayır:

“Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalının sözlərinə görə, sözügedən tədbirlər haqda təfərrüatlar ölkənin Baş naziri Binəli Yıldırım və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən baxıldıqdan sonra ictimaiyyətə açıqlanacaq”.

Nəşr iddia edir ki, Türkiyə ən azı 11 türk əsilli Bundestaq deputatına qarşı 3 məhkəmə iddiası qaldıracaq.

Bununla yanaşı, “Bild” nəşrinin yazdığına görə, hazırda sözügedən deputatlar Almaniya hökumətini vəziyyətə müdaxilə etməyə çağırır.

Geri dön