Ana Sayfa > Karusel / Hadisə / M2 > Gəncədə 76 yaşlı qadın özünü çaya atdı

Gəncədə 76 yaşlı qadın özünü çaya atdı


9-06-2016, 14:12. Yazar: Xeberaz

Gəncədə 76 yaşlı qadın özünü çaya atdı
Gəncədə intihar hadisəsi qeydə alınıb.

APA-nın verdiyi məlumata görə hadisə Gəncəçayın Gəncə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Şəhər sakini, 1940-cı il təvəllüdlü Təzəgül Xəlilova özünü çaya atıb. Qadın boğularaq ölüb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Geri dön