Ana Sayfa > Karusel / Dünya / M2 > Oljas Süleymenov Aktobe qiyamından danışdı

Oljas Süleymenov Aktobe qiyamından danışdı


9-06-2016, 13:31. Yazar: Xeberaz
Oljas Süleymenov Aktobe qiyamından danışdı
Aktobedə baş verən hadisələr təsadüfi deyil.

"Xəbəraz.az "xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında məşhur qazax yazıçısı Oljas Süleymenov söyləyib. Onun sözlərinə görə, bu hadisələr öncədən hazırlanıb:

“Mənim bildiyim budur ki, hakimiyyət gərək indi çox ehtiyatlı olsun. Onlar çalışmalıdır ki, bizim 25 il qaçdığımız prosesin həyata keçməsinə imkan verməsinlər. MDB-nin demək olar ki, bütün respublikalarında bu hadisələr müxtəlif formalarda baş verib. Biz onu inqilab, digərləri isə başqa cür adlandırıblar. Destabilizasiyaya Rusiya da daxil olmaqla bütün respublikalar məruz qalıb. Yalnız Qazaxıstan bundan yayına bilib. Məncə, hökumətlə yanaşı, ictimaiyyət də çox diqqətli olmalıdır”.

Qeyd edək ki, bir müddət öncə Aktobe şəhərində naməlum şəxslər bir neçə ticarət obyektinə və hərbi hissəyə hücum edib. Rəsmi Astananın yaydığı məlumata görə, indiyə qədər 13 terrorçu məhv edilib.

Geri dön