Ana Sayfa > Karusel / Dünya / M2 > Türk millət vəkili: “Biz alman deputatlarıyıq”

Türk millət vəkili: “Biz alman deputatlarıyıq”


9-06-2016, 13:14. Yazar: Xeberaz
Türk millət vəkili: “Biz alman deputatlarıyıq”

Alman parlamentində Türkiyəni təmsil etməyimizi gözləməsinlər.

"Xəbəraz.az "xəbər verir ki, bu sözləri Almaniya Bundestaqında “erməni soyqırımı” layihəsinə “hə” deyən türk əsilli deputat Aydan Özoğuz deyib.

O, məsələ ilə bağlı Türkiyədən gələn etirazlara cavab verib:

“Alman parlamentinin üzvü olan türk əsilli deputatların Türkiyəni təmsil etməsini gözləməyin. Bu, doğru gözlənti deyil. Almaniyadakı türkləri türk olduqları üçün yox, Almaniyada yaşadıqları üçün təmsil edirik. Biz alman parlamentinin deputatlarıyıq. Buradakı türk əsilli vətəndaşları müdafiə edirik, çünki onlar Almaniya vətəndaşlarıdır. Lakin bu, o demək deyil ki, Türkiyə siyasətini müdafiə etməliyik”.

Qeyd edək ki, Almaniya Bundestaqı iyunun 2-də 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qəbul edib. Səsvermədə iştirak edən 11 türk əsilli deputatın hamısı layihəyə “hə” deyib.
Geri dön