Ana Sayfa > Karusel / Dünya / M2 > İki erməni hərbçisi öldü: yaralananlar var

İki erməni hərbçisi öldü: yaralananlar var


8-06-2016, 22:49. Yazar: Xeberaz

İki erməni hərbçisi öldü: yaralananlar var
Ermənistanda iyunun 8-nə keçən gecə baş verən sel nəticəsində bir neçə əsgər zərər görüb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə mediaya açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Ovanisyan deyib. Onun sözlərinə görə, yaralananlara və zərərçəkənlərə yardımlar edilir.

Ovanisyan insidentlə bağlı ətraflı məlumat verməyib.

Bundan öncə isə Ermənistan İstintaq Komitəsi sel nəticəsində iki əsgərin - Vardan Qrmacyan və Armen Kazaryanın öldüyünü açıqlamışdı.
Geri dön