Ana Sayfa > Karusel / Dünya / M2 > İrəvan 6 milyardın girovunda: məmurlar vəzifədən alınır

İrəvan 6 milyardın girovunda: məmurlar vəzifədən alınır


8-06-2016, 22:38. Yazar: Xeberaz
İrəvan 6 milyardın girovunda: məmurlar vəzifədən alınır


Ermənistanda sabah daha 3-4 nazir müavini işdən çıxarılacaq.

ANS-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Ovik Abramyan parlamentdə çıxışı zamanı bildirib.

Erməni milli konqresinin fraksiyasının başçısı Levon Zurabyanın dövlət aparatında optimallaşdırılma barədə sualına cavab verən baş nazir deyib:

"Biz surətlə irəli gedəcəyik. Nəticələrini siz görəcəksiniz. Məsələn, artıq Kənd Təsərrüfatı Nazirliyində ixtisarlar başlayıb. Bu gün biz Ermənistanın İqtisadiyyat Nazirliyinin bir ştatını bağlamışıq. Sabah daha 3-4 nəfər işdən azad ediləcək. Biz elə etməliyik ki, hər bir dram səmərəli şəkildə xərclənilsin. Bu proses ardıcıl olaraq aparılacaq".

Qeyd edək ki, Ermənistanda iqtisadi vəziyyət sürətlə pisləşməkdədir. Ölkənin 2016-cı il üçün xarici borcu 5,8 milyarda yaxınlaşacaq ki, bu da ümumi daxili məhsulun 57 faizinə bərabərdir.

Ermənistan hökuməti çarəsiz vəziyyətdə dövlət məmurlarının ixtisarını həyata keçirir.
Geri dön