Ana Sayfa > Karusel / Siyasət / M2 > Bakıda NATO-nun işçi görüşü keçirilir - Foto

Bakıda NATO-nun işçi görüşü keçirilir - Foto


8-06-2016, 19:54. Yazar: Xeberaz
Bakıda NATO-nun işçi görüşü keçirilir - Foto

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Nortvud Dəniz Komandanlığının ekspert qrupu ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri arasında “Dənizdə təqib etmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələri” mövzusunda işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Hərbi Dəniz Qüvvələrinin bazasında təşkil olunan görüşdə dənizdə təqib etmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələrinin hazırlıq prosesində Azərbaycan Hərbi Dəniz Qüvvələrində və NATO-da tətbiq olunan standartlar, tapşırıqlar və fəaliyyətlər mövzusunda fikir mübadiləsi aparılır.
Geri dön