Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV / Məşhurların Taleyi > Meyxanaçı Rəşad Dağlı qəzaya uğradı

Meyxanaçı Rəşad Dağlı qəzaya uğradı


8-06-2016, 17:42. Yazar: Xeberaz
Meyxanaçı Rəşad Dağlı qəzaya uğradı
Hacıqabulda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.

1985-ci il təvəllüdlü Bülbülə sakini Nicat Adil oğlu Hüseynovun idarə etdiyi “Prado” markalı 10 KC 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Rəşad Vaqif oğlu Əmirov (meyxana ustası Rəşad Dağlı) müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Rəşad Dağlıya sağ qolunun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Geri dön