Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Kreditləri ödəyə bilmədiyi üçün intihar edənlərin sayı artıb - Rəsmi

Kreditləri ödəyə bilmədiyi üçün intihar edənlərin sayı artıb - Rəsmi


8-06-2016, 17:40. Yazar: Xeberaz
Kreditləri ödəyə bilmədiyi üçün intihar edənlərin sayı artıb - Rəsmi

"Fevral ayında ikinci devalvasiyadan sonra bank kreditini ödəyə bilmədiyi üçün intihar hallarının sayında artım qeydə alınıb". Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, fevral ayında bununla baǧlı 6 nəfər mərkəzə gətirilib: "Onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında bununla əlaqədar 8, aprel-may ayları ərzində 4 müraciət daxil olub".

Hazırda bank krediti problemi olanların intiharı ilə baǧlı müraciətlərin azaldıǧını deyən Baş toksikoloq deyib ki, intihara cəhd edənlər əsasən sirkə turşusu içiblər.

Geri dön