Ana Sayfa > Karusel / Dünya / M2 > Bordyuja: “İndi biz bunu İrəvanla yaradırıq”

Bordyuja: “İndi biz bunu İrəvanla yaradırıq”


8-06-2016, 17:16. Yazar: Xeberaz

Bordyuja: “İndi biz bunu İrəvanla yaradırıq”
Rusiya və Ermənistanın vahid raketdən müdafiə sisteminin yaradılması işləri artıq bir neçə ildir aparılır.

"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Nikolay Bordyuja söyləyib. Onun sözlərinə görə, bu sistemin yaradılması Rusiya və Ermənistan parlamentlərinin razılığından sonra mümkün olacaq:

“Rusiyanın artıq Belarus və Qazaxıstanla belə bir sistemi var. İndi biz bunu Ermənistanla yaradırıq. Bu, birinci mərhələdir. İkinci mərhələ bütün sistemlərin birləşdirilməsi olacaq. Bu, KTMT-nin bütün ərazilərində vahid sistem şəklində formalaşdırılacaq”.
Geri dön