Ana Sayfa > Karusel / Dünya / M2 > Moskva Qara dəniz layihəsindən imtina etməyib

Moskva Qara dəniz layihəsindən imtina etməyib


8-06-2016, 15:34. Yazar: Xeberaz
Moskva Qara dəniz layihəsindən imtina etməyib

Moskva hələ də Qara dənizin dibi ilə Avropaya qaz kəmərinin çəkilməsini öz gündəliyindən çıxarmayıb.

"Xəbəraz.az " xəbər verir ki, bunu “İnterfaks” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Aleksey Meşkov söyləyib. Onun sözlərinə görə, Moskva bu proyektin reallaşdırılması üçün müxtəlif variantların müzakirəsinə hazırdır:

“İtaliya və cənub-şərqi Avropa ölkələrinin qaza olan tələbatı həddən artıq çoxdur. Avropa Komissiyasının destruktiv mövqeyi və Bolqarıstan hakimiyyətinin anlaşılmaz siyasəti nəticəsində Rusiya Cənub Axını layihəsini bağlamaq məcburiyyət qaldı. Lakin bu, Rusiyanın bu istiqamətdə qaz kəmərlərinin çəkilməsi ideyasının məhv olması anlamına gəlmir. Avropa Birliyi enerji resurslarının öz ərazisinə tədarükü variantlarını seçmək hüququna sahibdir. Cənub Qaz Dəhlizinin nə qədər effektli olacağını zaman göstərəcək. Bunun üçün nəzərdə tutulan maliyyə yatırımları ayrılacaqmı? Tədarükçü ölkələr lazım olan qaz həcminə və qeyri-sabit siyasi şəraiti olan regiondan tədarükün stabilliyinə zəmanət verə biləcəklərmi? Ortaya çoxlu suallar çıxır”.

Qeyd edək ki, bundan öncə “Qazprom” rəhbərliyi də Rusiya hökumətinin Avropa Komissiyası ilə Qara dənizin dibində qaz kəmərinin çəkilişini müzakirə edəcəyini bəyan edib.
Geri dön