Ana Sayfa > Karusel / Hadisə / M2 > Banklara borcu olan 18 nəfər özünə qəsd edib - 3 ayda

Banklara borcu olan 18 nəfər özünə qəsd edib - 3 ayda


8-06-2016, 15:32. Yazar: Xeberaz
Banklara borcu olan 18 nəfər özünə qəsd edib - 3 ayda
Fevral ayında Azərbaycanda baş verən ikinci devalvasiyadan sonra sirkə turşusu içərək özünə qəsd edənlər Klinik Tibbi Mərkəzə müraciət edib.

APA-nın xəbərinə görə, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, fevral ayında sirkə turşusundan zəhərlənmələr qeydə alınıb ki, onlar banklara kredit borcu olanlardır:

“Fevral ayında banklara borcu olan 6 nəfər sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında eyni halla bağlı 8 nəfər müraciət edib. Aprel ayından isə belə müraciətlərin sayı azalıb. Aprel və may aylarında ümumilikdə bu halla bağlı cəmi 4 nəfər xəstəxanaya müraciət edib”.
Geri dön