Ana Sayfa > Karusel / Gündəm / M2 > Ötən il 1000 nəfər özünü zəhərləyib – Rəsmi

Ötən il 1000 nəfər özünü zəhərləyib – Rəsmi


8-06-2016, 15:27. Yazar: Xeberaz

Ötən il 1000 nəfər özünü zəhərləyib – Rəsmi

Bu gün Səhiyyə Nazirliyinin Toksikologiya şöbəsində KİV nümayəndələri üçün təşkil edilən mətbuat konfransında toksiki və qida zəhərlənmələri, ilan və əqrəb sancma kimi mühüm mövzular ətrafında disskusiyalar təşkil olunub.

"Xəbəraz.az " Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2015-ci ildə toksikologiya şöbəsinə 2462 xəstə hospitalizasiya olunub ki, bu da 2014-cü illə müqayisədə 27 nəfər çoxdur.

Hospitalizasiya olan xəstələrdən qəsdlə olmayan və məişət zəhərlənmələri - 1432, sui-qəsd xarakterli zəhərlənmələr - 1030, “Dərman zəhərlənməsi” (Т36 – Т50) diaqnozu ilə olan xəstələr 823 (33,4%) nəfər olub.

II yerdə “Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr” (Т58/T59) diaqnozu ilə daxil olan xəstələr - 502 nəfər (20,4%), III yerdə “Yandırıcı məhlullardan zəhərlənmə” (Т54) diaqnozu ilə daxil olan xəstələr - 350 nəfər (14,2%) olub.

20-29 yaş qrupuna aid olan xəstələr 740 nəfər (30,1%), 15 yaşına qədər daxil olan uşaqların sayı isə 419 nəfər olub (17,0%).

Geri dön