Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya nəhəngi çökür

Rusiya nəhəngi çökür


8-06-2016, 14:25. Yazar: Xeberaz

Rusiya nəhəngi çökür

Rusiyanın “Rosneft” şirkətinin təmiz gəlirləri 2016-cı ilin ilk rübündə 14 milyard rubl (217 milyon dollar) olub.

"Xəbəraz.az " xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 75 faiz aşağı göstərici deməkdir.

2015-ci ilin ilk rübündə şirkətin xalis gəlirləri 56 milyard rubl (868 milyon dollar) olub.

“Rosneft”in ilin ilk rübündə ümumi gəlirləri isə 1,048 trilyon rubl (15,5 milyard dollar) təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 32,6 faiz azalma deməkdir.

Şirkətin gəlirlərinə başlıca təsir edən amil kimi neft qiymətlərinin ucuzlaşması, nəqliyyat tariflərinin indeksləşdirilməsi və vergi dərəcələri göstərilib.
Geri dön