Ana Sayfa > Karusel / Dünya / M2 > Ermənistanın yüksək rütbəli məmuru rüşvətə görə istefaya göndərildi

Ermənistanın yüksək rütbəli məmuru rüşvətə görə istefaya göndərildi


8-06-2016, 04:42. Yazar: Xeberaz
Ermənistanın yüksək rütbəli məmuru rüşvətə görə istefaya göndərildi


Ermənistanın baş naziri Ovik Abramyanın əmri ilə hökumət yanında Mülki Aviasiya İdarəsinin rəisi Artyom Movsesyan istefaya göndərilib.

"Xəbəraz.az " “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ermənistan hökumətinin saytında dərc edilən məlumata əsasən, Movsesyan öz arzusu ilə istefaya gedib.

Artyom Movsesyan Ermənistan Mülki Aviasiya İdarəsinin rəhbəri vəzifəsində 2004-cü ildən çalışıb.

Erməni mətbuatının məlumatına görə, Movsesyan yerli bazarda fəaliyyət göstərmək üçün Almaniyanın “Lufthansa” aviaşirkətindən böyük məbləğdə rüşvət tələb edib. Aviaşirkət nümayəndələri Ermənistan rəhbərliyinə şikayət etdikdən sonra Movsesyan istefaya göndərilib.
Geri dön