Ana Sayfa > Karusel / Dünya / M2 > Axirətdə cavab verəcəklər - Türkiyə

Axirətdə cavab verəcəklər - Türkiyə


7-06-2016, 21:48. Yazar: Xeberaz

Axirətdə cavab verəcəklər - Türkiyə

Bir məqam heç vaxt unudulmamalıdır. Terror və vəhşilik yolunu seçənləri axirətdə ağır əzablar gözləyir. Onlar heç bir zaman Allahın mütləq ədalətindən qaça bilməyəcəklər.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Türkiyənin Dəyanət İşləri naziri Məhməd Görməz deyib.

“Ramazan ayının ilk günü vicdanlarını itirən bəşəriyyət düşmənləri İstanbulda mənfur terror hücumu həyata keçirdi. Qardaşlarımızın şəhid olduğu bu terror hücumunu şiddətli şəkildə qınayırıq. Hücum zamanı ölənlərə Allahdan rəhmət diləyir, yaxınlarına isə başsağlığımızı çatdırırıq. Yaralıların isə tez bir zamanda sağalmasını arzu edirik”, - Görməz bildirib.

Qeyd edək ki, İstanbulda polis avtomobilinin terrorçular tərəfindən partladılması nəticəsində 12 nəfər həlak olub, 40-ı isə yaralanıb.
Geri dön