Ana Sayfa > Karusel / Gündəm / M2 > Sabah bu şəhərlərdə qaz olmayacaq

Sabah bu şəhərlərdə qaz olmayacaq


7-06-2016, 20:38. Yazar: Xeberaz
Sabah bu şəhərlərdə qaz olmayacaq
İyunun 8-də saat 09:00-dan etibarən Sumqayıt şəhərinin "Yaşıl dərə" yaşayış massivi, "Metallurq" bağları, 48-ci məhəllə, Corat qəsəbəsi və bağ massivinin, 20, 21-ci mikrorayonlar, 52-ci məhəllə, Novxanı, Saray bağları yaşayış sahələrində və Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qaz verilişində fasiləyə səbəb yeni çəkilmiş diametri 57 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması olacaq.
Geri dön