Ana Sayfa > Karusel / Hadisə / M2 > Şamaxıda qardaş qardaşı qətlə yetirdi

Şamaxıda qardaş qardaşı qətlə yetirdi


7-06-2016, 20:00. Yazar: Xeberaz

Şamaxıda qardaş qardaşı qətlə yetirdi

Şamaxı rayonunda qətl hadisəsi törədilib.

Report xəbər verir ki, hadisə rayonun Çarhan kəndində qeydə alınıb.

Belə ki, qardaşların mübahisəsi sonradan silahlı münaqişəyə çevrilib. Ağır bədən xəsarəti alan qardaşlardan biri dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onların şəxsiyyəti hələlik açıqlanmayıb.

Faktla bağlı Şamaxı Rayon Prokrorluğunda araşdırma aparılır.
Geri dön