Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > ARDNF 1.8 milyard qazandı

ARDNF 1.8 milyard qazandı


7-06-2016, 18:36. Yazar: Xeberaz

ARDNF 1.8 milyard qazandı
Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 1,865 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.
"Xəbəraz.az " fonda istinadən xəbər verir ki, , bu məbləğin 1,801 mlrd. dolları AÇG-dən mənfəət nefti, 64 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il iyunun 1-dək ARDNF-ə AÇG-dən 118,869 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,506 mlrd. dollar vəsait daxil olub.
Geri dön