Ana Sayfa > Karusel / Dünya / M2 > Səfirin yeri MDB görüşündə boş qaldı

Səfirin yeri MDB görüşündə boş qaldı


7-06-2016, 18:32. Yazar: Xeberaz
Səfirin yeri MDB görüşündə boş qaldı
Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko MDB hökumət başçılarının geniş formatda keçirilən görüşünə gəlməyib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Onun üçün təyin edilən kreslo təşkilatçılar tərəfindən boş buraxılıb.

Qeyd edək ki, Doroşenko bundan öncə keçirilən dar formatlı görüşdə iştirak edib. Sonradan o geniş formatda keçirilən görüşdə iştirak edəcəyini söyləsə də, iclas zalına gəlməyib.

MDB hökumət başçılarının iclasında Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edir.

Geri dön