Ana Sayfa > Karusel / Gündəm / Dünya / M2 > Ukrayna təyyarələri Azərbaycanda yığılacaq

Ukrayna təyyarələri Azərbaycanda yığılacaq


7-06-2016, 16:44. Yazar: Xeberaz
Ukrayna təyyarələri Azərbaycanda yığılacaq

Azərbaycan Ukrayna ilə təyyarə quruculuğu sferasında əməkdaşlığı genişləndirmək istəyir.

"Xəbəraz.az " xəbər verir ki, bunu Kiyevdə jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Cahangir Əsgərov söyləyib. Onun sözlərinə görə, Azərbaycan An-178 təyyarələrin öz ərazisində yığılmasında maraqlıdır.

O, bu məsələyə hökumət səviyyəsində baxıldığını bildirib.

“Antonov” dövlət şirkətinin prezidenti Mixail Qvozdev isə Azərbaycanla əməkdaşlığın genişləndirilməsi An-178 texnologiyalarının xarici tərəfdaşlara satılması anlamına gəlmədiyini deyib. O, yalnız təyyarənin yekun yığılışının Azərbaycan ərazisində həyata keçiriləcəyini vurğulayıb.
Geri dön