Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Neftdən 8 ayın rekordu

Neftdən 8 ayın rekordu


7-06-2016, 16:38. Yazar: Xeberaz
Neftdən 8 ayın rekordu
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

"Xəbəraz.az " “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 1,24 dollar qalxaraq 51,30 dollara yüksəlib. Bu, “Brent”in 2015-ci ilin 12 oktyabrından bəri ən yüksək göstəricisidir.

VTİ markalı Texas nefti də 1,26 dollar dəyər qazanaraq 50,37 dollar təşkil edib.

“Azəri Layt” markalı xam neftin bir barrelinin qiyməti isə 0,75 dollar və yaxud 1,50 faiz artaraq 50,72 dollara satılıb.
Geri dön