Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə rus pilotları azərbaycanlılarla əvəzlədi

Türkiyə rus pilotları azərbaycanlılarla əvəzlədi


7-06-2016, 15:03. Yazar: Xeberaz
Türkiyə rus pilotları azərbaycanlılarla əvəzlədi

Türkiyənin Muğla vilayətində yay fəslində baş verə biləcək meşə yanğınlarına müdaxilə etmək üçün hazır saxlanılan 4 vertolyotun pilotu dəyişdirilib.

"Xəbəraz.az " “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Türkiyə ilə Rusiya arasında yaşanan diplomatik böhrana görə rus pilotlar işdən çıxarılıb.

Onların yerinə isə Qazaxıstan, Ukrayna və Azərbaycan pilotları işə götürülüb.

Qeyd edək ki, Muğlanın 68 faizi meşə ilə əhatələnib və yanğına həssas bölgə kimi xarakterizə olunur.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Geri dön