Ana Sayfa > Karusel / Gündəm / M2 > Partlayışda ölənlərdən biri azərbaycanlıdır

Partlayışda ölənlərdən biri azərbaycanlıdır


7-06-2016, 12:22. Yazar: Xeberaz
Partlayışda ölənlərdən biri azərbaycanlıdır

İstanbulda baş verən partlayışda ölənlərin arasında 1 nəfər azərbaycanlı olduğu bildirilir.

Trend bu barədə TRT Haber-ə istinadən xəbər verir.

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, azərbaycanlı olduğu deyilən mərhumun şəxsiyyəti müəyyənləşdirilir.

Azərbaycan Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev APA-ya baş vermiş terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə KİV-də verilən məlumatın Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluğu tərəfindən Türkiyənin müvafiq orqanları vasitəsi ilə araşdırıldığını deyib.
Geri dön