Ana Sayfa > Karusel / Siyasət / M2 > Deputat xarici həmkarları ilə görüşdü

Deputat xarici həmkarları ilə görüşdü


7-06-2016, 11:59. Yazar: Xeberaz

Deputat xarici həmkarları ilə görüşdü

Qənirə Paşayeva Çexiya, Meksika və Rusiyanın millət vəkilləri ilə görüşüb.

"Xəbəraz.az " xəbər verir ki, Azərbaycanın hər üç ölkə ilə əlaqələrin inkişafına verdiyi önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsindən məmnunluğunu ifadə edib.

Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən danışıb, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları haqda məlumatlar verib.

Millət vəkili həmçinin Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşən 1 milyon azərbaycanlının fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulduğunu xarici deputatların diqqətinə çatdırıb.
Geri dön