Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > İstanbul polisinə hücum: Ölən və yaralananlar var - Video

İstanbul polisinə hücum: Ölən və yaralananlar var - Video


7-06-2016, 11:50. Yazar: Xeberaz
İstanbul polisinə hücum: Ölən və yaralananlar var - Video
İstanbulun Bəyazid bölgəsində polis avtomobilinə hücum olub.

"Xəbəraz.az " xəbər verir ki, yola quraşdırılmış bombanın partlaması nəticəsində polis əməkdaşları yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib
İstanbulda törədilən terror aktı nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Ölən və yaralananların polis və mülki şəxs olduğu hələlik məlum deyil.

Park olunmuş avtomobilin partladılmasından sonra eyni yerdə ikinci partlayış səsi eşidilib.


Geri dön