Ana Sayfa > Karusel / Dünya / M2 > Kreml öz “qiyaməti”nin astanasında

Kreml öz “qiyaməti”nin astanasında


7-06-2016, 11:45. Yazar: Xeberaz

Kreml öz “qiyaməti”nin astanasında

Rusiya siyasi elitasının 70%-i Qərbin sanksiyaları qarşısında geri çəkilməyə hazırdır.

"Xəbəraz.az "xəbər verir ki, bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin Ukrayna mətbuatında dərc olunan yazısında yer alıb. Onun sözlərinə görə, iyunun sonunda Qərb Rusiyaya qarşı sanksiyaların davam edib-etməyəcəyini müəyyənləşdirəcək:

“Məncə, bu sanksiyalar ləğv edilməyəcək. Məhz həmin sanksiyaların ucbatından Moskva elitasının daxilində həyəcan yaranıb. Hər kəs anlayır ki, “rus dünyası” anlayışı artıq yox olub. Ölkə elitası Qərblə razılaşmağa çalışır. Bu razılaşma Donbasın geri qaytarılması, Krımın isə Rusiyaya qalması şəklində formalaşdırılıb. Moskvanın geri çəkilməsi Putinin hakimiyyətdə qalmasına imkan verməyəcək. Yaxın zamanlarda Rusiyada istənilən prosesi görmək mümkün olacaq”.
Geri dön