Ana Sayfa > Karusel / Dünya / M2 > Parisdə yanğın: 5 ölü - YENİLƏNİB

Parisdə yanğın: 5 ölü - YENİLƏNİB


7-06-2016, 06:35. Yazar: Xeberaz
Parisdə yanğın: 5 ölü - YENİLƏNİB

Paris şəhəri yaxınlığındakı Sen-Deni bölgəsində yaşayış evində baş verən güclü yanğın nəticəsində azı 5 nəfər ölüb.

"Xəbəraz.az "“AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 12 nəfərin xəsarət aldığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilirdi.

Son məlumata əsasən, yaralılardan 3-ü yanğını söndürmək üçün hadisə yerinə cəlb edilən yanğınsöndürənlərdir. Yerli vaxtla saat 19:30-da başlayan yanğın üç saat davam edib. İnsidentin başvermə səbəbləri hələ ki, məlum deyil.

***

Paris şəhəri yaxınlığındakı Sen-Deni bölgəsində yaşayış evində güclü yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 12 nəfər xəsarət alıb.

Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Yerli vaxtla saat 19:30-da başlayan yanğın üç saat davam edib. İnsidentin başvermə səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, iyunun 6-da daha bir yanğın Parisin məşhur Luvr muzeyi yaxınlığında qeydə alınıb.
Geri dön