Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ İŞİD-in mövqelərinə 16 hava zərbəsi endirdi

ABŞ İŞİD-in mövqelərinə 16 hava zərbəsi endirdi


7-06-2016, 06:31. Yazar: Xeberaz

ABŞ İŞİD-in mövqelərinə 16 hava zərbəsi endirdi

ABŞ hərbi təyyarələri İŞİD terror qruplaşmasının Suriya və İraqdakı mövqelərinə 16 hava zərbəsi endirib.

"Xəbəraz.az " Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarələr Aralıq dənizinin şərq hissəsində üzən “Harri Trumen” aviadaşıyıcısından havaya qalxıb.

ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi bildirib ki, hədəfdə ilk növbədə, terrorçuların maliyyə infrastrukturu olub.

Qeyd edək ki, “McDonnell Douglas F / A-18” tipli döyüş təyyarələri ilk dəfə İŞİD-in mövqlərinə zərbələri dörd gün əvvəl endirib.
Geri dön