Ana Sayfa > Karusel / Dünya / M2 > Məşhur yazardan şok: "Ermənilər Almaniyanı tələyə saldı"

Məşhur yazardan şok: "Ermənilər Almaniyanı tələyə saldı"


7-06-2016, 06:14. Yazar: Xeberaz

Məşhur yazardan şok: "Ermənilər Almaniyanı tələyə saldı"
Almaniya Bundestaqı "erməni soyqırımı" ilə bağlı qətnaməni qəbul edərkən iclasda məclisin 1/3-i iştirak edirdi. Merkelin tərəfdarları və hökumət üzvləri orada yox idi.
Məşhur yazardan şok: "Ermənilər Almaniyanı tələyə saldı"xəbər verir ki, bu sözləri məşhur türkiyəli yazar Alov Alatlı deyib.
Bundestaqın qərarına başqa bir aspektdən yanaşan Alatlı Türkiyənin deyil, Almaniyanın tələyə düşdüyünü bildirib.

Almaniyanın Türkiyəni küsdürməsinin birincilərin əleyhinə olduğunu qeyd edən Alatlı Türkiyənin qıcıqlandırılmasının Almaniyanın heç bir işinə yaramayacağını vurğulayıb:

"Əslində tələyə düşən Türkiyə deyil, Almaniyadır".

Almaniyanın II Dünya müharibəsindən sonra beynəlxalq arenadan təcrid edilməsi üçün iş aparıldığını deyən Alatlı hələ ilk dünya müharibəsindən almanların Yaxın Şərqin neftlə tamamilə əlaqəsinin kəsildiyini bildirib.

Rusiya ilə əlaqələrini kəsdilər, indi də Türkiyə ilə də, İranla da əməkdaşlıq dayandırıldı. Ortada bir təcridedilmə var. Mənim fikrimcə, bu adamlar Almaniyanı kilidləyirlər.
Geri dön