Ana Sayfa > Karusel / Dünya / M2 > Rus yazıçıdan şok çağırış: Qazaxıstanı işğal edək

Rus yazıçıdan şok çağırış: Qazaxıstanı işğal edək


6-06-2016, 19:43. Yazar: Xeberaz
Rus yazıçıdan şok çağırış: Qazaxıstanı işğal edək

Rusiyalı yazıçı və müxalifətçi Eduard Limonov dünən və bu gün Qazaxıstanın Aktobe şəhərində baş verən hadisələri öz bloqunda şərh edib.

"Xəbəraz.az " xəbət verir ki, Limonov rusları öz “tarixi” torpaqlarını geri almağa çağırıb.

“Rusiya sərhəddə Qazaxıstanın daxilində yerləşən “tarixi” rus şəhərlərini – Uralskdan şərq sərhədlərinədək torpaqları geri qaytarmağa cəhd etməsə, tam bir axmaqlıq edəcək. Xatırladım ki, rusların sayı Qazaxıstanda 4 milyon nəfərdir. Rusdillilər də çoxdur. Təkcə almanların sayı bir milyon nəfərdir. Və bu cəmi 17 milyon nəfər əhalinin payına düşür” – Limonov belə deyib.

Eduard Limonov Qazaxıstanda böyük perspektivlərin olduğunu diqqətə çatdıraraq Kremli oradakı rusların taleyinə daha çox diqqət ayırmağa çağırıb. O, Aktobedəki terror aktını vətəndaş müharibəsi adlandırıb.

Xatırladaq ki, Eduard Limonov 2001-2003-cü illərdə Şimali Qazaxıstanda separatçı dövlət yaratmaq məqsədilə qanunsuz silahlı dəstə yaratmaq və silah saxlamaq ittihamı ilə 2 ilini həbsdə keçirib.

Geri dön