Ana Sayfa > Karusel / Dünya / M2 > NATO orduları ilk dəfə Finlandiyaya girdi

NATO orduları ilk dəfə Finlandiyaya girdi


6-06-2016, 15:57. Yazar: Xeberaz

NATO orduları ilk dəfə Finlandiyaya girdi

NATO öz ordularını Finlandiyaya göndərib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı Finlandiya mətbuatı yayıb. NATO qoşunları Finlandiyaya Baltops-2016 hərbi dəniz təlimi çərçivəsində gəlib.

Qeyd edək ki, Baltops-2016 təlimində ümumilikdə 6100 hərbçi, 49 gəmi, 60 təyyarə və 3 sualtı qayıq iştirak edir. Bu hərbi təlimdə 17 ölkə yer alır.

“Baltops” 1993-cü ildən keçirilir. O, Baltik dənizindəki ən böyük dəniz təlimi hesab edilir. Finlandiya NATO üzvü deyil.
Geri dön