Ana Sayfa > Karusel / Dünya / M2 > Qazaxıstanda daha 5 terrorçu öldürüldü

Qazaxıstanda daha 5 terrorçu öldürüldü


6-06-2016, 13:39. Yazar: Xeberaz

Qazaxıstanda daha 5 terrorçu öldürüldü
Qazaxıstanın Aktobe şəhərində aparılan anti-terror əməliyyatları nəticəsində daha 5 ekstremist məhv edilib, iki nəfər saxlanılıb.

ANS-in Qazaxıstan Daxili İşlər nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat bütün gecə boyu davam edib.

Öldürülən silahlılar polisə müqavimət göstəriblər. Məlumata görə, onlardan külli miqdarda oğurlanmış silah götürülüb.

"Bütün cinayətkarların şəxsiyyəti müəyyənləşdirilib. Onların axtarılması və saxlanılmasına dair tədbirlər görülür", - DİN-in məlumatında qeyd edilib.
Geri dön