Ana Sayfa > Karusel / Hadisə / M2 > Zaqatalada ləpə oğrusu tutuldu

Zaqatalada ləpə oğrusu tutuldu


6-06-2016, 13:29. Yazar: Xeberaz

Zaqatalada ləpə oğrusu tutuldu

Fevral ayında Zaqatalada baş vermiş oğurluq hadisəsinin üstü açılıb.

DİN-dən verilən məlumata görə, cari il fevralın 12-də Zaqatala şəhər sakini Rüstəm Hüseynova məxsus fındıq sexindən 7 kisə (300 kq) ləpə oğurlanıb.

Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Əmrullah Məmmədov tutulub.
Geri dön